
Bu barədə ABŞ Konqresinin “X” səhifəsində bildirilib.
Məlumata görə, Senat onun Türkmənistana səfir vəzifəsinə namizədliyini mayın 3-də təsdiqləyib.
Bildirilib ki, Elizabet Rud indiyə qədər ABŞ-nin Gürcüstandakı səfirinin müavini, Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə Baş İdarənin rəhbəri, ölkəsinin Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr üzrə xüsusi nümayəndənin müavini, ABŞ-nin Əfqanıstandakı səfirinin siyasi məsələlər üzrə müşaviri vəzifələrində işləyib.
O, ingilis dili ilə yanaşı, fransız, rus, alman, puştu, dari və gürcü dillərini də bilir.
Tehsil-press.az