Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var - YENİLƏNİB - ADLAR

Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var - YENİLƏNİB - ADLAR Adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Nəsibov Elvin İxtiyar oğlu

Vəzirzadə Xəzər Hilal oğlu

Babayev Mehman Cəfərqulu oğlu

Novruzov Müslüm Mürsəl oğlu

-------

16:28

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - ADLAR

Adları qeyd olunan hərbi qulluqçular qəza nəticəsində xəsarət alıb:

Nəsibov Elvin İxtiyar oğlu

Vəzirzadə Xəzər Hilal oğlu

Babayev Mehman Cəfərqulu oğlu

Novruzov Müslüm Mürsəl oğlu

16:28

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", MN-dən bildirilib.

-------

13:56

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər