
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O, qadınların elmi fəaliyyətdə aktiv iştirakını müsbət qiymətləndirərək, kişilərin bu sahəyə marağının azalması səbəblərinin araşdırılmasına ehtiyac duyulduğunu bildirib:
“Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından azdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür.
Gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir. Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub. Ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir ki, onların da 52,1 faizi qadındır”.
Tehsil-press.az