Sərxan Kamallının ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - YENİLƏNİB Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.

Tehsil-press.az bildirir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.

-------

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Tehsil-press.az report.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər