Elxan Süleymanov: “Dağlıq Qarabağ onsuz da Azərbaycana məxsusdur...”
Aprelin 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetində (BSU) tədbir keçirilib. Təbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin əhəmiyyətindən danışıb. Gənclərdə vətənpərvərlik hissinin güclü olduğunu bildirən Asif Hacıyev BSU-da ordumuza dəstək məqsədilə silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. Rektor AVCİYA tərəfindən həyata keçirilən "Sərsəng harayı" layihəsinin də ədalətin bərqərar olunması istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb.
AVCİYA–nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında Ağ Ev Administrasiyasına ünvanlanan petisiyadan danışaraq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsindən söz açıb. Millət vəkili bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan xalqının birgə mübarizəsi vacibdir. E. Süleymanov problemin sülh və danışıq yolu ilə həllində ictimaiyyətin iştirakının böyük rolu olduğunu qeyd edib.
Tədbir çərçivəsində petisiya ilə bağlı video-çarx nümayiş olunub.
tehsil-press.az