
İclasda Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Komitənin iclasında həmçinin Ali Məhkəmənin Milli Məclisə (MM) təqdim etdiyi “Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də müzakirə edilib. Layihəyə əsasən valideyndən aliment tutulması haqqında qətnamənin dərhal icra edilməsi təklif olunur. Belə ki, dərhal icra edilmə halları istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmçinin, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
tehsil-press.az