Mövcud çatışmazlıqlara görə nəcib millətimdən üzr istəyirəm. Bu problemləri güc və qətiyyətlə həll etmək üçün bütün qəlbimizlə və canımızla çalışırıq.Bunu İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının ildönümü ilə bağlı danışarkən deyib.
“Biz etirazları alqışlayırıq. Etirazı bir nemət hesab edirik. Bu etirazları dinləmək borcumuzdur.
Lakin dağıntı, vandalizm, qətl və yanğınlardan iyrənirik. Heç bir əsl iranlı başqa bir iranlını öldürmək üçün silah götürmür. Heç bir iranlı məscid yandırmır. Heç bir iranlı ictimai nəqliyyatı və ya ictimai əmlakı yandırmır.
Heç bir iranlı yad birindən bu ölkəyə, onun torpağına və ya sularına hücum etməsini istəməz. Heç bir azad insan düşməndən gəlib daxili problemi həll etməsini istəməz. Oturub, öz problemlərimizi özümüz həll edəcəyik.
Bu məsələləri həll etməyə bütün varlığımızla hazırıq. Amma yanğınla, yandırma ilə və ya yalan və yanlış şayiələr yaymaqla yox”, - o bildirib.
Tehsil-press.az









