
Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, hansısa bankın filialında, şöbəsində dollar yoxdursa, bu, normal hadisədir:
“Çünki bankların valyuta dəyişmə məntəqələri də X-dən alıb, Y-ə satırlar. Yəni digər müştəri gətirib dollar satmasa, bankda dollar problemi yarana bilər. Eyni zamanda bütün banklarda dolların olmaması suallar yarada bilər. Amma ümumi şəkildə hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Konkret müştərilər bəzi bank filiallarında bu problemlə rastlaşıblarsa, bunu ümumiləşdirmək doğru olmaz”.
Tehsil-press.az