Yüksəliş müsabiqəsinin finalçısı Vüsal Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yüksəliş müsabiqəsinin finalçısı Vüsal Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU Vüsal Məmmədov Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin olunub.

Bu barədə məlumat Ədliyyə Nazirliyinin saytında öz əksini tapıb.

Belə ki, Məmmədov Vüsal Valeh oğlu Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Vüsal Məmmədov 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin finalçısı olub. Vüsal Məmmədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsində çalışıb.

Vüsal Məmmədovla yanaşı, Seymur Bəhram oğlu İsmayılov da yeni vəzifəyə təyinat alıb. O, Notariat Qeydiyyat və Reyster Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Seymur İsmayılov bundan əvvəl Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər