Tbilisidə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq

Tbilisidə regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq Mayın 24-25-də Tbilisidə Müdafiə və təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Tehsil-press.az TASS-a istinadən xəbər verir. Konfransda regional və beynəlxalq təhlükəsizlik məsələləri, müasir beynəlxalq quruluş problemlərinin kiçik ölkələrə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, ATƏT-in baş katibi Lamberto Zanyer, Gürcüstan hökümətinin və parlamentinin nümayəndələri forumun iştirakçıları sırasında olacaq. Konfrans Gürcüstan Müdafiə Nazirliyinin və ABŞ Atlantik Şurasının təşkilatçılığı ilə keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər