
Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, Rusiya sərhədi yaxınlığında Amerika bazasının açılmasını ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov belə şərh edib.
“Bu, Amerikanın Avropadakı hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsidir. Bu, bizim hərbi potensialımızı cilovlamaq cəhdindən başqa bir şey deyil”, - Kreml rəsmisi bildirib.
O, belə addımların paritetin təmin olunması üçün müvafiq tədbirlərin görülməsinə səbəb olduğunu vurğulayıb.
Tehsil-press.az