Artıq dərman vasitələri də icbari tibbi sığorta vasitəsi ilə əldə edilə biləcək. Ekspertlərin fikrincə, bu məsələdə əsas məqam şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğudur.
Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bəs yeni qanun vətəndaşlara nə verəcək?
Vətəndaşların büdcələrinə də təsir edəcək
Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti həkim-farmakoloq Aydın Əliyevin fikrincə, bu qərar vətəndaşlarımızın həm sağlamlığı, həm də sosial problemlərinin həlli baxımından əhəmiyyətli olacaq: “Qərar icbari tibbi sığorta sisteminə qoşulan apteklərin özü üçün də müsbət addım kimi qiymətləndirilməlidir. Dərmanların keyfiyyəti, saxlanması və qiymət məsələlərində həm apteklər, həmçinin vətəndaşlar üçün xeyirli olacaq. Dərman vasitələrinin əhali üçün daha əlçatan olacağını düşünürəm. Qiymət fərqlərini də nəzərə alsaq, bu, vətəndaşların büdcələrinə də təsir edəcək”.
Tehsil-press.az