
Bu barədə əyalətin Geologiya İdarəsi məlumat yayıb.
İdarə "WeChat" sosial şəbəkəsində "Pinçyan rayonundakı Vanqu qızıl mədənində böyük irəliləyiş" barədə bəyanat yayıb.
Geoloqlar yerin 2000 metr dərinliyində 40-dan çox qızıl laylarını aşkar ediblər.
"Proqnozlaşdırılan qızıl ehtiyatları yerin 3000 metr dərinliyində yerləşir və 1000 tonu keçəcək. Resursların dəyəri 600 milyard yuan olacaq", – deyə idarə məlumat verib.
Çin Qızıl Sənayesi Assosiasiyasının məlumatına görə, 2023-cü ildə Çin 375,16 ton qızıl hasil edib ki, bu da bir il əvvəlkindən 0,84% çoxdur. Eyni zamanda, qızıl istehlakı 1089,69 ton təşkil edib ki, bu da illik müqayisədə 8,78% çoxdur.
Tehsil-press.az