The Times: Britaniya bu il 7,95 milyard dollarlıq viski ixrac edib

The Times: Britaniya bu il 7,95 milyard dollarlıq viski ixrac edib Böyük Britaniyada il ərzində spirtli içkilərin ixrac həcmi əvvəlki illə müqayisədə 13 faiz artaraq 11,8 milyard dollar təşkil edib.
“The Times” qəzeti bu barədə “Hazlewoods” konsaltinq kompaniyasına istinadla məlumat yayıb. İxrac edilən spirtli içkilərin üçdə ikisi viskidir (7,95 milyard dollar).
Birləşmiş Krallıq Fransa, Almaniya və İspaniya başda olmaqla, Avropa İttifaqına üzv ölkələrə 2,2 milyard dollarlıq viski, həmçinin 855 milyon dollarlıq cin və 611 milyon dollarlıq pivə satıb. Avropa İttifaqı xaricinə ixrac olunan viskinin həcmi isə 5,8 milyard dollar təşkil edib.
ABŞ 1,37 milyard dollarlıq illik satış həcmi ilə Britaniyanın ən böyük spirtli içki bazarı olaraq qalır. Hindistan və Sinqapur 2022-ci ildə Böyük Britaniyadan spirtli içki idxalını xeyli artırıb – müvafiq olaraq 306,8 milyon dollar və 504,2 milyon dollar.

Tehsil-press.az


Oxşar xəbərlər