Naxçıvan Dövlət Universitetində şəhid Cavid Nuruyevə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl sərgiyə baxış keçirilib. Sərgidə şəhidin medalları, diplomları, rəsm əsərləri və 44 günlük Vətən müharibəsini müxtəlif aspektlərdən işıqlandıran sənət nümunələri böyük maraqla qarşılanıb.
Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edib.
Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov çıxışında vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, universitetdə Qazilər İctimai Birliyinin iştirakı ilə təşkil olunan bu kimi tədbirlərin silsilə xarakter daşıdığını qeyd edib. Nicat Yaqubov aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və digər haqlı mübarizələrdə Azərbaycan xalqının igid oğullar yetirdiyini qeyd edərək, qazanılmış qələbəni şəhidlərə və qazilərə borclu olduğumuzu vurğulayıb.
Şəhid Cavid Nuruyevin atası Əşirəf Nuruyev, anası Vüsalə Nuruyeva tədbirin təşkilinə görə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürlərini bildiriblər.
Tədbirdə qazilərimiz Əbdiləzim Maxsudov, Ceyhun Davudov və Əli Əlisoy da iştirak edərək öz xatirələrini bölüşüblər. Onlar şəhid Cavid Nuruyevin xarakterindən, vətənpərvərliyindən və dostluq münasibətlərindən bəhs ediblər. Qazilər həmçinin Vətən müharibəsi zamanı yaşadıqları hadisələrdən danışaraq döyüşlərin çətinlikləri və qürurverici anlarını iştirakçılarla bölüşüblər.
Şəhidin bacısı, NDU-nun I kurs tələbəsi Kənarə Nuruyeva çıxışında qardaşının xatirəsini yad edib. O, şəhidin həyatından və vətənə olan dərin sevgisindən danışıb. Kənarə Nuruyeva, qardaşının igidliyini və vətənpərvərliyini vurğulayaraq, şəhid ailələri üçün belə tədbirlərin böyük mənəvi dəstək olduğunu bildirib.
Şəhid Cavid Nuruyevə həsr olunmuş bədii hissədə “Cənab Leytenant”, “Vətən yaxşıdı” kimi mahnılar dinlənilib, şəhidlər və vətən mövzularında şeirlər səsləndirilib.
Sonda şəhidin həyatına həsr olunmuş foto və videoların yer aldığı videoçarx nümayiş etdirilib.
Tehsil-press.az