Sənubər Nəzərova vəzifədən azad edildi

Sənubər Nəzərova vəzifədən azad edildi Azərbaycan Dəmir Yolları QSC-də kadr islahatı olub.

Qurumun mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.

QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı əmr imzalayıb.

Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.

Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.

Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə SOCAR AQS MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Tehsil-press.az

Oxşar xəbərlər