
“7Times.az” xəbər verir ki,Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,icra hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,Fərzəliyev Vüqar Yadigar oğlunu tutduğu vəzifədən azad edib.O,2021-ci ilin fevral ayında həmin vəzifəyə təyin edilmişdi.
İcra başçısının digər bir əmri ilə Vüqar Fərzəliyev Xaçmaz RİHB-nın Pirquluoba İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.Son təyinata qədər bu vəzifədə Qədirov Qürbət Tofik oğlu çalışıb.O,Elnur Rzayevin müvafiq əmri ilə Xaçmaz RİHB-nın Çinartala İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
Tehsil-press.az