Əgər Ukraynada müharibə olmasaydı, Rusiya Bəşər Əsəddən indilikdə heç bir halda dəstəyini çəkməz, hətta 2015-ci ildə olduğu kimi, onu yıxmaq istəyən orduların başına Xəzərdən yenə od yağdırardı.
Azərbaycan oxucusu üçün Yaxın Şərqin daha bir qəliz ölkəsi Suriyada baş verənlər, orada hakimiyyətin üzərinə gələn silahlı müxalifətlərin arxasında hansı dövlətlərin dayandığı, hansı məqsədləri olduğu zənnimcə, o qədər maraqlı deyil. Amma “necə oldu ki, 2000-ci ildən hakimiyyətdəki Bəşər Əsəd bir həftənin içərisində iqtidarını itirdi” sualı maraq doğurmaya bilməz. Ona görə başa düşdüyümüz və sadə dildə, bunu oxucuya izah etməyə çalışaq.

Dohada üç ölkənin(İran, Rusiya və Türkiyə) xarici işlər nazirlərinin bir gün əvvəlki görüşündə Sergey Lavrovun dediyi bir ifadəyə diqqət edin. O, “Suriyada reallıqlar dəyişib” dedi, bununla da Moskvanın bu ölkədəki yaranmış gerçəkliyi qəbullandıqlarını və buna müqavimət göstərməyəcəklərinə işarə etdi. Bu həftə Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində də Ukraynadakı vəziyyət haqda danışanda eyni fikri bir neçə dəfə işlətmişdi, beynəlxalq güclərə “reallığı qəbul etmək” mesajı vermişdi. Razılaşma ortadadır: Rusiya Əsədi təhvil verdi ki, Donetski( əlbəttə, həm də Rusiyaya “birləşdirdirdikləri” digər regionları da) alsın.
Əsəd İraq rəhbəri Səddamın, Liviya prezidenti Qəddafinin taleyini unutmayıb, ona bir neçə gün əvvəl Moskvada “qələminin qırıldığı”nı yəqin ki, uyğun dildə demişdilər. Əsəd müharibənin qızışdığı “ərəb baharı”ndan üzübəri(2011-ci ildən) məhz Rusiyanın və İranın ciddi dəstəyi sayəsində hakimiyyətdə qalmışdı.
İsrail İranın Suriya ətrafındakı proksi qüvvələrini-”HƏMAS” və “Hizbullah”ı yalnız adı qalan hala gətirdi. Rusiyanın isə Ukraynada və Kurskdan əlavə heç bir diyarda müharibə aparmaq gücü və imkanı yoxdur, o səbəbdən Əsədin taleyi belə tez həll olundu, müqavimət istəyi isə onu daha pis tale ilə üzləşdirə bilərdi. Koalisiya hökumətinin yaradılması ilə bağlı tələbləri Əsəd arxasındakı güclərə güvənərək illərdir qulaqardına vururdu, bəlkə də indi bu cür tale ilə üzləşməyə də bilərdi. Amma Suriya və Əsəd üzərində bazarlaşma razılıqla bitdi. Reallıq budur...
Suriyanın baş naziri deyib ki, ümumiyyətlə, Rusiyanın bu ölkədəki hərbi mövcudluğu sual altındadır, bu qərarı yeni hakimiyyət verəcək.
Bizim üçün sevindirici olan qardaş Türkiyənin bu prosesdən uduşlu çıxmasıdır. Türkiyə Prezidentinin çox işlətdiyi “Bir gecə ansızın gələ biliriz” dediyi bu dəfə gerçəkləşdi. Dünya siyasətində usta oyunçu olan Ərdoğan Suriya üçün düymənin basılacağı o zamanı tutdu. Birincisi, Rusiya faktoru idi. Rusiya ilə Türkiyənin Suriyada zamanında az qala bir-birlərinə girəcəyi, məlum SU-24 olayından (2015-ci il, 24 noyabr) sonra gərginləşən diplomatik münasibətləri Putin və Ərdoğan çətin də olsa bərpa etdi. Heç kimə sirr deyil ki, Suriyadakı vətəndaş müharibəsindən ən çox əziyyət çəkən məhz Türkiyə olub.
2012-ci ildən bəri üç milyondan çox qaçqının Türkiyəyə gəlməsi qardaş ölkəyə xüsusilə iqtisadi baxımdan ciddi problem yaradıb, hələ də qaçqınların əksəriyyətini geri qaytarmaq mümkün olmayıb. İndi Türkiyə Rusiya və İranın Suriyada mövqelərinin yuxarıda qeyd etdiyimiz səbəblərdən zəifləməsindən məharətlə istifadə etdi. Yaranmış yeni reallıqlar həm də Ərdoğanla Putin razılaşması sayəsində əldə edildi, İran da buna müqavət göstərmədi, razılaşmaq zorunda qaldı. ABŞ-ın yeni seçilmiş prezidenti Trampın həm Obama, həm Bayden hökumətlərinin Suriyada “kürd kartından” Türkiyəyə qarşı istifadəsində maraqlı deyil. Tramp son olaraq, Suriyadakı vəziyyəti şərh edərkən ABŞ-ın hələ iş başında olan hakimiyyətini münaqişəyə qarışmamağa çağırıb.
Dünyada dəyişən reallıqları sanki görməzdən gəlmək istəyən isə bir nəfər də var: Fransa prezidenti Makron. İki məğlub lideri-Zelenskini və Paşinyanı kilsə açılışına gələn Trampla qısa görüşdürdü ki, bunun heç bir anlamı olmadı. Reallıq həm də budur...
Tehsil-press.az