Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin monitorinq qrupu Azərbaycan Universitetini ziyarət edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  monitorinq qrupu Azərbaycan Universitetini ziyarət edib Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin monitorinq qrupu “Multikulturalizmə giriş” fənninin tədris keyfiyyətinin yoxlanılması, fənni tədris edən müəllimlərin və tələbələrin bu fənnin tədrisi ilə bağlı hər hansı mümkün sual və ya təkliflərinin dinlənilməsi məqsədilə Azərbaycan Universitetini ziyarət edib.

Monitorinq qrupunun üzvləri - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri İrina Kunina və şöbənin məsləhətçisi Tahirə Ələsgərova əvvəlcə fənnin tədris olunduğu Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski ilə müzakirə aparıb, müvafiq sənədlərlə tanış olublar. Daha sonra isə kafedranın müəllimi Afiq Nadirovun dərsində iştirak ediblər.

Dərsin dinlənilməsinin ardından monitorinq qrupu fənnin effektivlik və səmərəlilik dərəcəsinin ölçülməsi məqsədilə tələbələr arasında sorğu keçirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ilin yaz semestrindən etibarən Azərbaycanda fəaliyyət göstərən universitetlərin bakalavriat pilləsində “Multikulturalizmə giriş”, magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsini həyata keçirir. Mərkəz tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə təlim təşkil olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  monitorinq qrupu Azərbaycan Universitetini ziyarət edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  monitorinq qrupu Azərbaycan Universitetini ziyarət edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  monitorinq qrupu Azərbaycan Universitetini ziyarət edib


Tehsil-press.az

Oxşar xəbərlər