BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”

BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə” Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı keçirilib.
 
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
 
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 105 illik yubiley tədbirləri çərçivəsində Universitetin şərəfli tarixinə qısa nəzər salan fakültə təqdimatlarının gözəl ənənəyə çevrildiyini bildirib: “Bu il BDU-nun 105, Coğrafiya fakültəsinin isə 80 illik yubileyini qeyd edirik. Fakültə fəaliyyəti boyu qeyd edilən istiqamətdə peşəkar kadr potensialının artırılmasında əvəzsiz xidmətlər göstərib. Coğrafiya fakültəsi 1400 nəfərə yaxın tələbə sayı ilə Universitetin böyük fakültələrindən biridir. Burada tədris olunan ixtisasların hər biri müasir dövrün tələbləri ilə uzlaşır və Yer haqqında elmlərin hamısını əhatə edir. Coğrafiyaçılarımızın sırasında kifayət qədər məşhur şəxslər olub, onların hər biri özləri ilə ölkənin elm, təhsil tarixinin bir hissəsini daşıyan böyük insanlardır. Biz onların hamısının xatirəsini əziz tutmalıyıq”.
 
Daha sonra Coğrafiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov fakültənin inkişaf yoluna nəzər salıb, ölkədə coğrafiyanın müxtəlif istiqamətləri üzrə peşəkar kadrların yetişməsində baza rolunu oynadığını bildirib. O qeyd edib ki, Coğrafiya fakültəsində “Coğrafiya”, “Coğrafiya müəllimliyi” ixtisasları ilə yanaşı, “Geomatika və geodeziya mühəndisliyi”, “Turizm işinin təşkili”, “Davamlı inkişafın idarə edilməsi” və “Hidrometeorologiya” ixtisasları sahəsində kadr hazırlığı həyata keçirilir. Hazırda əmək bazarında bu ixtisaslara ehtiyac böyükdür. Fakültənin məzunları dövlət sərhədlərinin delimitasiya və demarkasiyası, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində və geoməkan təminatında fəal rol oynayırlar. Fakültədə bakalavriatura səviyyəsində 6 ixtisas, magistraturada 19 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Doktoranturada isə 8 ixtisas üzrə fəlsəfə doktorları hazırlanır.
 
Fakültənin məzunu, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BDU-nun 105 illik yubileyini təbrik edib və bunun bütün ölkənin təhsil ictimaiyyətinin bayramı olduğunu diqqətə çatdırıb. O bildirib ki, ali təhsil müəssisələrinin flaqmanı olan BDU Azərbaycanın elm-təhsil, ictimai həyatında, milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. Elmar Qasımov Universitetin hər bir tələbəsi və məzununun BDU ilə fəxr etdiyini qeyd edib, tələbə və professor-müəllim heyətinə uğurlar arzulayıb.
 
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, fakültənin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimov çıxışlarında Coğrafiya fakültəsinin milli kadr hazırlığında oynadığı roldan danışıblar.
 
Tədbir fakültə əməkdaşları və tələbələrin ifasında bədii hissə ilə davam edib.

BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”
BDU-nun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə”


Tehsil-press.az

Oxşar xəbərlər