
Kafedra müdiri, coğrafiya elmləri doktoru, dosent Məhəmməd Abduyev professor Şahalı Həsənovun Azərbaycan coğrafiya elmində özünəməxsus yolu olan torpaqşünas alim kimi xidmətlərini vurğulayıb. Qeyd edib ki, Ş.Həsənov uzun müddət ADPU-nun Ümumi coğrafiya kafedrasının müdiri, Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.
Tələbələr Əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor Şahalı Həsənovun həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.
Alimin həmkarları - dosentlər Şahin Pənahov, Dadaş Ələsgərov, Yavər Əliyev, Nurəddin Uluxanlı, Mətanət Əsgərova və baş müəllim Aygün Kərimova xatirələrini bölüşüblər.
Sonda alimin qızı Şəmsiyyə Köçərli və oğlu Akif Həsənov tədbirə görə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az