11.12.2024-cü il tarixdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədi və önəmini vurğulayıb.Çıxış edən Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, ali təhsil müəssisələrində tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub. Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib. Tədbirdə Akademiyanın müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin məsul şəxsi Aytən Ağayeva da iştirak etmişdir.
Tehsil-press.az