Bakıya sulu qar yağacaq - BU TARİXDƏ...
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
O bildirib ki, yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.
"Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir", - deyə o vurğulayıb.
Tehsil-press.az
- Baxış: 450
Xəbərin tarixi: 12.12.2024 / 15:17
-
Oxşar xəbərlər
QAR GƏLİR: Temperatur 7-10 dərəcə enəcək
Temperatur 4-6° aşağı enəcək, qar yağacaq - Xəbərdarlıq
Temperatur 5-10° enəcək - Qar yağacaq
Leysan yağacaq, dolu düşəcək, sel gələcək - Xəbərdarlıq
Bakıya sulu qar və qar yağacaq
Nazirlikdən güclü külək və yağış XƏBƏRDARLIĞI
Hava şəraiti qeyri-sabit keçəcək
Hava pisləşəcək - Xəbərdarlıq
Qeyri-sabit hava davam edəcək - yağış, qar yağacaq
Temperatur 5-8 dərəcə enəcək, şimşək çaxacaq, leysan yağacaq
XƏBƏRDARLIQ: Hava yenə qeyri-sabit keçəcək, dolu düşəcək
Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Qar yağacaq - XƏBƏRDARLIQ
XƏBƏRDARLIQ - hava qeyri-sabit keçəcək, yağış, qar yağacaq
Xəbərdarlıq: qeyri-sabit hava - yağış, qar