
Söhbət S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkdan və ətraf ərazilərin abadlaşdırma işlərindən gedir.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən işlərin icrasının 38 000 000 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, sözügedən parkın layihəsini “Az.Arxitektura” şirkəti 1,43 milyon manata hazırlayıb.
Xatırladaq ki, paytaxtın simasını gözəlləşdirən Mərkəzi park 2019-cu ildə açılıb. /İqtisadiyyat.az
Tehsil-press.az