Qırğızıstanın Baş naziri istefaya göndərildi

Qırğızıstanın Baş naziri istefaya göndərildi Qırğızıstanın Baş naziri Akılbek Japarov istefaya göndərilib.

Qırğızıstan Prezidenti Sadır Japarov bu barədə sərəncam imzalayıb.

Bildirilib ki, A.Japarov ölkənin Nazirlər Kabinetinin rəhbəri, Qırğızıstan Respublikasının Prezident Administrasiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, 60 yaşlı məmur 2021-ci ilin oktyabrında Baş nazir postuna təyin edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər