
DİA-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, zəngin siyasi irsindən, idarəçilik təcrübəsindən danışıb. Dahi rəhbərin ideyalarının prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor qeyd edib ki, ölkəmizin müasir inkişaf tarixi Ulu Öndərin adı ilə bağlıdır.
Sonra doktorant və dissertantların Ümummilli Liderin zəngin həyat və fəaliyyəti, milli, mənəvi və ümumbəşəri dəyərləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən iyirmidən çox məruzəsi dinlənilib.
Tehsil-press.az