BDU-da Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr olunmuş elmi seminar

BDU-da Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr olunmuş elmi seminar Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında mütəxəssislərə informasiya xidməti” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının magistrantı Aysel Verdiyeva məruzə edib.

Məruzədə 1930-cu ildə yaradılmış və hazırda fəaliyyətini Əqli Mülkiyyət Agentliyinin tabeliyində davam etdirən Respublika Elmi-Texniki Kitabxanasının formalaşması və inkişafı tarixinə nəzər salınıb.

Gənc tədqiqatçı Respublika Elmi-Texniki Kitabxanasının xüsusi oxucu kontingentinə malik olduğunu diqqətə çatdırıb, kitabxananın fəaliyyətinin spesifikasından, burada istifadə olunan iş metodlarından bəhs edib: “Respublika Elmi-Texniki Kitabxanası nazirliklərə, şirkətlərə, idarə və müəssisələrə, elmi tədqiqat və layihə institutlarına, elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə kitabxana xidməti göstərən aparıcı mərkəzdir”.

Məruzədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirmə mənbələri və prioritetləri barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.

Elmi seminar müzakirələrlə davam edib.

BDU-da Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr olunmuş elmi seminar
BDU-da Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinə həsr olunmuş elmi seminar


Tehsil-press.az

Oxşar xəbərlər