Polimer Materialları İnstitutunun aliminin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun aliminin məqaləsi impakt faktorlu jurnalda dərc olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun məqaləsi impakt faktoru 0.6-ya bərabər olan “Russian Journal of Applied Chemistry” jurnalında (2024, Volume 97, pp. 484-492, https://doi.org/10.1134/S1070427224050057) dərc olunub.

“Structure and Properties of Hybrid Composites Based on Dressed Aluminosilicate Microspheres and Polypropylene Graft Copolymer with Methacrylic Acid” (Appretləşdirilmiş alüminosilikat mikrosferləri və polipropilenin metakril turşusu ilə calaq birgəpolimeri əsasında olan hibrid kompozitlərin quruluşu və xassələri) adlı məqalədə alüminosilikat mikrosferinin appretləşdirilməsinin metakril turşusu calaq olunan polipropilen birgəpolimerinin quruluş xüsusiyyətlərinə və əsas fiziki-mexaniki xassələrinin dəyişmə qanunauyğunluqlarına təsirindən bəhs olunub. Appret olaraq АГМ-9 (γ-aminopropiltrietoksisilan) markalı silisium üzvi birləşmədən istifadə olunub. Mikrosferlərin səthinin appretləşdirilməsi prosesində zol-gel reaksiyasının mexanizmi verilib. Birgəpolimerin tərkibinə appretləşdirilmiş mikrosferlərin daxil edilməsi yaxşılaşdırılmış fiziki-mexaniki xassələrə malik hibrid kompozitlər əldə etməyə imkan verib.

Qeyd edək ki, Web of Science™-in Science Citation Index Expanded™ (SCIE) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil olan jurnal “Clarivate Analytics”də kvartil (CHEMISTRY, APPLIED) Q4 kateqoriyasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər