
Bu barədə “Ən-Nahar” qəzeti məlumat yayıb.
Xüsusilə, söhbət Suriyanın keçmiş liderinin əmisi oğlu Dureyda Əsədin qohumlarından gedir. Onun həyat yoldaşı və qızının Livanı tərk etmək cəhdləri boşa çıxıb.
Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportlarla ölkəni tərk etmək cəhdini cinayət hesab edib və onların həbsinə qərar verilib.
Məlumat üçün bildirək ki, Dureyda Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur.
Tehsil-press.az