Nardaranda ağır qəza

Nardaranda ağır qəza Bakıda ağır yol qəzası baş verib.

Mayın 8-də saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi "Daewoo" və Əlisəttar Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və Ə.Mirzəyevin 3 sərnişini, habelə R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada ölüb. Tehsil-press.az bildirir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Məlumatda o da bildirilir ki, faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər