
Beynəlxalq əlaqələrin davamı olaraq Rusiyanın Samara Humanitar Akademiyası (SHA) və BSU arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə təhsil prosesinin modernləşməsi və elmi-tədqiqat fəaliyyətinin inkişfına yönələn müxtəlif istiqamətli işləri əhatə edir. Həmin işlər sırasında xüsusilə psixologiya sahəsində olan yeniliklərlə mübadilə və BSU-nun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji xidmət mərkəzinin işinin genişləndirilməsi nəzərdə tutulur.
Müqavilədə eyni zamanda iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması yer alıb.
BSU-nun Mətbuat xidməti
