Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident 1 sərəncam, 1 fərman imzaladı Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. doqquz ay müddətində:

2.1.1. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etsin.

4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilsin:

“1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:”;

“1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:”;

“1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:”.

2. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000, № 12 (II kitab), maddə 1383) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə:

2.1.1. 2-ci hissə üzrə:

2.1.1.1. adından “MƏQSƏDİ VƏ” sözləri çıxarılsın;

2.1.1.2. 2.1-ci bənd ləğv edilsin;

2.1.2. 3-cü hissə üzrə:

2.1.2.1. 3.1.2-ci yarımbənddə “Nazirliyin müvafiq qurumlarının” sözləri “Nazirlik sisteminə daxil olan müvafiq qurumların” sözləri ilə, “Nazirliyin müvafiq qurumları” sözləri “Nazirlik sisteminə daxil olan müvafiq qurumlar” sözləri ilə əvəz edilsin;

2.1.2.2. 3.1.9-cu yarımbənddə “Nazirliyin aidiyyəti qurumları” sözləri “Nazirlik sisteminə daxil olan aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin;

2.1.2.3. 3.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.13. Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

2.1.2.4. 3.2.20-ci yarımbənddə “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri ilə əvəz edilsin;

2.1.2.5. 3.2.21-ci yarımbənddə “Nazirliyin digər qurumlarının” sözləri “Nazirlik sisteminə daxil olan digər qurumların” sözləri ilə əvəz edilsin;

2.1.3. 4-cü hissə üzrə:

2.1.3.1. 4.7.4-cü yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə, “əməkhaqlarını” sözü “əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri)” sözləri ilə və “Nazirliyin digər qurumlarından” sözləri “Nazirlik sisteminə daxil olan digər qurumlardan” sözləri ilə əvəz edilsin;

2.1.3.2. 4.7.7-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;

2.1.3.3. 4.8-ci bəndin dördüncü cümləsinə “qərarlar” sözündən sonra “açıq səsvermə yolu ilə” sözləri əlavə edilsin;

2.1.3.4. 4.12-ci bənddə “iclasın” sözü “, habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının” sözləri ilə əvəz edilsin;

2.1.3.5. aşağıdakı məzmunda 4.12-1 – 4.12-3-cü bəndlər əlavə edilsin:

“4.12-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.

4.12-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.12-3. Şuranın katibi:

4.12-3.1. Şuranın iclaslarını təşkil edir;

4.12-3.2. bu Nizamnamənin 4.12-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.12-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.12-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.12-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

2.1.3.6. 4.13.1-ci yarımbəndə “rəhbərlik edir” sözlərindən sonra “, habelə özünün və İdarə Heyəti üzvlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir” sözləri əlavə edilsin;

2.1.3.7. aşağıdakı məzmunda 4.13-1-ci bənd əlavə edilsin:

“4.13-1. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şura üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.”;

2.1.3.8. 4.16-cı bəndin ikinci cümləsində “3” rəqəmi “5 (beş)” sözləri ilə, “iki üzvdən” sözləri “onun 4 (dörd) müavinindən” sözləri ilə əvəz edilsin;

2.1.3.9. 4.17-ci bənddə “üzv” sözü “müavinlərdən biri” sözləri ilə əvəz edilsin;

2.1.3.10. 4.18-ci bəndin birinci cümləsində “iki” sözü “bir” sözü ilə əvəz edilsin;

2.1.3.11. aşağıdakı məzmunda 4.20.1-1-ci yarımbənd əlavə edilsin:

“4.20.1-1. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;”;

2.1.3.12. 4.20.7-ci yarımbənddə “Agentliyin” sözü “özünün və Agentliyin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin;

2.1.3.13. 4.20.11-ci və 4.20.15-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

2.1.4. 5-ci hissə üzrə:

2.1.4.1. adında “MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ” sözləri “MALİYYƏ FƏALİYYƏTİNİN ƏSASLARI” sözləri ilə əvəz edilsin;

2.1.4.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;

2.1.5. 7.2-ci bənddə “uçot aparır və statistik hesabatları tərtib” sözləri “hesabatları tərtib və təqdim” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” yeni redaksiyada verilsin;

2.3. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası” üzrə:

2.3.1. 3-cü hissə üzrə:

2.3.1.1. 3.2.6-cı yarımbənddə “Nazirliyin aidiyyəti qurumlarının” sözləri “Nazirlik sisteminə daxil olan aidiyyəti qurumların” sözləri ilə əvəz edilsin;

2.3.1.2. 3.4-cü bənd ləğv edilsin;

2.3.2. 4.1.6-cı yarımbənddə “Nazirliyin aidiyyəti qurumları” sözləri “Nazirlik sisteminə daxil olan aidiyyəti qurumlar” sözləri ilə əvəz edilsin.

Tehsil-press.az

Oxşar xəbərlər