“Yalan söhbətdir, necə yəni işə çıxmıram?” – Fuad Ələsgərov
Son günlər bir sıra media resursları və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.
Fuad Ələsgərov yayılan xəbərləri təkzib edib:
“Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir”, – deyə o qeyd edib./Manset.az/
Tehsil-press.az
- Baxış: 108
Xəbərin tarixi: 17.03.2025 / 11:16
-
Oxşar xəbərlər