Fuad Ələsgərov: Bu gün Avropada qaçqın və miqrantların hüquqları kütləvi şəkildə pozulur

Fuad Ələsgərov: Bu gün Avropada qaçqın və miqrantların hüquqları kütləvi şəkildə pozulur Bu gün Avropada dünyanın qaynar nöqtələrindən axın edən qaçqınların və miqrantların hüquqlarının kütləvi pozulması halları müşahidə olunur.

Tehsil-press.az-n məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının XIX iclasında deyib.
F.Ələsgərov bildirib ki, bu gün miqrasiya böhranının ən aydın nümunəsi Suriyadan qaçqınların Avropaya kütləvi axınıdır: "Onlar Avropada sığınacaq tapacaqlarına ümid edirlər, lakin kobud münasibətlə və bəzən Avropa ölkələri tərəfindən sərt siyasətlə qarşılaşırlar. Beləliklə, ksenofobiya və islamofobiya meyilləri güclənməyə başlayır, bir sıra siyasətçilər isə bundan hakimiyyətə gəlmək üçün istifadə edirlər".

Tehsil-press.az

Oxşar xəbərlər