Daha 2 şəhid dəfn ediləcək

Daha 2 şəhid dəfn ediləcək Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda, Atayev Atakişi Qəhrəman oğlunun qalıqları Bakının Keşlə qəsəbəsində martın 19-da dəfn olunacaq.

D.Behbudov 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində, A.Atayev isə 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.

Tehsil-press.az


Oxşar xəbərlər