
Bizim.Media xəbər verir ki, uzun müddətdir ABŞ-da yaşayan cütlük bu barədə sosial şəbəkədə paylaşım edib.
Məşhur cütlüyün sosial şəbəkədəki paylaşımında Donald Trampın görüntüsü diqqət çəkib.
"ABŞ prezidenti Donald Trampın evindəki ziyafətdən fotolar. Sürpriz sonluq" – deyə B. Toplusoy instaqram hesabındakı paylaşımda qeyd edib.
Cütlüyün Trampın “Palm Beach”dəki malikanəsindən paylaşımları böyük marağa səbəb olub.
Qeyd edək ki, 1985-ci ildən Donald Trampa məxsus olan “Palm Beach”dəki “Mar-a-Lago” malikanəsi indi bir çox tədbirlər üçün istifadə olunur.
Tehsil-press.az