İranlı aktrisa Trampa etiraz olaraq "Oskar"a qatılmayacaq

İranlı aktrisa Trampa etiraz olaraq İran aktrisası Təranə Əlidusti ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz olaraq “Oskar” mükafatları mərasiminə qatılmayacağını açıqlayıb.

Tehsil-press.az-ın məlumatına görə, aktrisa bu barədə "Twitter"dəki səhifəsində yazıb.
T.Əlidustinin rol aldığı “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” kateqoriyasında namizəd göstərilib.
Aktrisa öz səhifəsində yazıb: “Trampın iranlılara viza verilməsini qadağan edən qərarı irqçi qərardır. Bu mədəniyyət tədbirlərinə şamil olunsa da, olunmasa da mən “Oskar” mərasimində iştirak etməyəcəyəm”. Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-ı Los-Ancelesdə təqdim olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər