İmamoğlu saxlanıldı, Yavaş Tayvandan tələsik geri dönür

İmamoğlu saxlanıldı, Yavaş Tayvandan tələsik geri dönür İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın yarmarkaya qatılmaq üçün Tayvanda olduğu üzə çıxıb.

Məlumatı Türkiyə mediası yayıb.

Yavaşın qatıldığı tədbiri yarımçıq qoyaraq, ilk mümkün reyslə birbaşa İstanbula gəlməyə çalışdığı bildirilib.

Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər