Fakültənin dekanı, professor Afət Məmmədova molekulyar sistematika sahəsində yeniliklər barədə məlumat verib, çoxlu nümunələmə metodunun əhəmiyyəti və bu metodun tətbiqinə dair praktiki yanaşmaların müzakirəsinin vacib olduğunu bildirib.
Murat Erdem Güzel məruzəsində bitki sistematikasının molekulyar yanaşmalarla daha dəqiq tədqiq oluna biləcəyini deyib. O qeyd edib ki, multisamplinq metodologiyası endemik növlərin dəqiq müəyyən edilməsi və onların təkamül tarixçəsinin izahında mühüm rol oynayır. Bu yanaşmanın əhəmiyyətini göstərmək üçün o, Azərbaycanın endemik bitkilərindən biri olan Bakı keçəotusu (Nonea bakuensis) üzərində aparılmış tədqiqatları nümunə kimi təqdim edib.
Seminar çərçivəsində filogenetik ağac anlayışı və onun sistematik tədqiqatlardakı rolu da müzakirə olunub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.
Tehsil-press.az