
Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“Onlar bununla razılaşdılar. Ukraynada seçkilər olacaq”, – o bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyətləri 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərlik fonunda keçirilməyib.
Fevralın sonunda ABŞ Prezidenti Donald Tramp Zelenskini “seçkisiz diktator” adlandırıb.
Müşahidəçilər qeyd ediblər ki, ukraynalı siyasətçi hakimiyyəti itirməkdən qorxduğu üçün seçki keçirməkdən imtina edir.
Tehsil-press.az