Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub

Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub Yanvarda Azərbaycanda 10 min 812 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 12,7 təşkil edib.
Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.
Bununla yanaşı, yanvarda ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər