
1986-cı ildə Bakı şəhərində anadan olmuş F.G. Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən "Neptun" marketindən dəyəri 246.53 manat təşkil edən "Singleton-18" markalı viskini oğurlayıb.
F.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış F.G. "Neptun" marketindən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə F.G. 24 gün müddətinə inzibati həbs edilib.
Tehsil-press.az