Belə ki, şəhərdə ailə həkimi olaraq çalışacaq tibb işçisi aylıq 680 min Avstraliya dolları və ya 428 min ABŞ dolları maaş alacaq. Bundan başqa, həmin həkim pulsuz maşınla da təmin ediləcək.
Hökumətin belə yüksək maaş təklif etməsinə səbəb Culiya Krik şəhərinin çox uzaqda olması, ən yaxın iri şəhər olan Taunsvill avtomobillə 7 saatlıq məsafədə yerləşməsidir. Bundan başqa, işə alınacaq həkim qızmar isti və tropik həşəratlarla da tanış olmalıdırlar.
Hazırda sözügedən şəhərdə həkim işləyən Adam Lyuis iki illik karyerasına son verərək, Avstraliyanın paytaxtı Kanberaya daşınır. O, bu postda aylıq 315 min dollar maaş alıb./pravda
Tehsil-press.az