“Eldar Əzizovun qudası əsas girişi bağlayıb, bizi bloka buraxmır” – İDDİA

“Eldar Əzizovun qudası əsas girişi bağlayıb, bizi bloka buraxmır” – İDDİA Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş İntiqam Mehdiyev ona məxsus evin blokunun əsas giriş qapısının Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyevin göstərişi ilə bağlandığını iddia edib.

İ. Mehdiyev bildirib ki, ev xanımı Ruzanna İdrisovanın adınadır. Onlar 3 ildir ki, bu mənzili alsalar da orada yaşamayıblar. Ev sahibi deyir ki, bina 1909-cu ildə inşa olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansındadır:

“Bizim yaşadığımız blokda 4 mənzil var. Bina iki mərtəbəlidir. Bizim ev birinci mərtəbədə yerləşir. Aqil Tağıyev isə ikinci mərtəbədə yaşayır. Onlar bloka başqası girib çıxmasın deyə əsas girişin qapısını kərpic daşla hörüb bağlayıblar. Bunun əvəzində isə arxa həyətdə aynabənddən qapı açılıb.Biz pəncərədən evimizə daxil olanda gördük ki, tarixi qapı açılmır. Onlar blokdakı digər qonşuların da mənzillərin alıblar. Təkcə bizim mənzilimiz özümüzdə qalıb. Ayrı-ayrı adamların adı ilə bizə qiymət təklif edirlər ki, biz də evimizi sataq. Satmadığımızı dedikdə isə bizə təzyiqlər edirlər. Küçəyə qapı açmağa isə icazə yoxdur, deyirlər ki, bina tarixi abidə kimi qorunur, qəti olmaz.

Blokun tarixi qapısı isə yerindədir. Sadəcə olaraq qarşısını kərpic daşla hörüblər. Blokda özlərinin girib-çıxdığı qapıya isə xüsusi kod qoyub, bizim istifadə etməyimizə icazə vermir.

Məcbur qalıb binanın arxasındakı aynəbənddə qoyulmuş şüşə qapıdan çölə çıxırıq”.

Qeyd edək ki, Aqil Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qudasıdır.

İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“Eldar Əzizovun qudası əsas girişi bağlayıb, bizi bloka buraxmır” – İDDİA
“Eldar Əzizovun qudası əsas girişi bağlayıb, bizi bloka buraxmır” – İDDİA
“Eldar Əzizovun qudası əsas girişi bağlayıb, bizi bloka buraxmır” – İDDİA


Tehsil-press.az

Oxşar xəbərlər