Departament rəhbəri Elnur Hüseynov vəzifəsindən ayrılıb. Elnur Hüseynov bu vəzifəyə 2023-cü ilin noyabr ayında təyin olunmuşdur.
O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışıb. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavini olub.
Elnur Hüseynov 2005-2008-ci illərdə Uels Universitetinin Biznesin idarə edilməsi üzrə bakalavr, 2014-2018-ci illərdə Edinburqda Heriot-Vatt Universitetində Biznesin idarə edilməsi və insan resursları üzrə magistr dərəcələrinə yiyələnib.
O, 2017-2018-ci illərdə Vaşinqtondakı Corc Vaşinqton Universitetində Layihənin idarəedilməsi üzrə sertifikat (magistr) əldə edib.
Tehsil-press.az