
Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb.
Sözügedən çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev açıqlamasında Azərbaycan Respublikası Audiovizual Şurasının aidiyyəti struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparıldığını bildirib:
"Araşdırmanın nəticələrinə görə, bu il aprelin 9-da 14:45-17:00 efir vaxtında Speys TV-də yayımlanan "Tarixin bu günü" proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub".
Tehsil-press.az