
Seminarda respublikamızda biomüxtəlifliyin qorunması və ekosistemlərin öyrənilməsi baxımından mühüm sayılan kərtənkələ növlərinin yaşayış mühiti, ekoloji amillərə uyğunlaşma mexanizmləri və toxuma səviyyəsindəki dəyişiklikləri müzakirə olunub. Müxtəlif ekosistemlərdən toplanmış nümunələr üzərində aparılan tədqiqatlar nəticəsində urbanizasiyanın, temperatur dəyişkənliyinin və digər amillərin bu növlərin morfoloji və histoloji quruluşuna təsiri ətraflı təqdim olunub.
Ramin Həşimovun apardığı araşdırmalar sübut edib ki, uzunmüddətli sabit isti şəraitdə bəzi növlərdə parazitlərin aktivləşməsi müşahidə olunur, ekosistemin orta illik temperaturu isə kərtənkələlərin morfometrik göstəricilərinə birbaşa təsir göstərir. BDU-nun dissertantı əldə olunan nəticələr, həmçinin, bu növlərin yayılma arealında baş verən dəyişikliklərə dair mühüm məlumatları təqdim edib.
Seminar iştirakçıları mövzu ilə bağlı elmi diskussiya aparıb, araşdırmanın nəzəri və tətbiqi baxımdan əhəmiyyətli olduğunu vurğulayıblar.
Tehsil-press.az