BDU-da elmi seminar: Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri

BDU-da elmi seminar: Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Ətraf mühit promutagenlərinin genetik strukturlara təsiri” mövzusunda elmi seminar olub.
Seminarda Genetika kafedrasının dosenti Nəzakət Hüseynova və doktorantı Ləman Rəsulova mövzu ilə bağlı aparılan tədqiqatların nəticələrinə dair məruzə ediblər. Məruzədə ətraf mühitə sənaye müəssisələri, nəqliyyat vasitələri, kənd təsərrüfatı və digər sahələrdən daxil olan mutagen və kanserogen (o cümlədən promutagen və prokanserogen) maddələrin genetik strukturlara təsirindən bəhs edilib.
Məruzəçilər daxilolma mənbələri və təsir mexanizmlərinə görə fərqlənən kanserogen maddələrin təbiətindən danışıblar.
Seminarda istehsalat zamanı promutagenlərlə bilavasitə kontaktda olan insanlarda onların təsirinin neytrallaşdırılması, eyni zamanda, irsi strukturların genotoksikliyinin korreksiyası məsələləri müzakirə olunub.
Sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər