Azərbaycan Universitetində tələbə elmi cəmiyyətlərinin görüşü keçirilib

Azərbaycan Universitetində tələbə elmi cəmiyyətlərinin görüşü keçirilib Azərbaycan Universitetinin ev sahibliyi ilə bir sıra ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətləri arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunması məqsədilə görüş keçirilib. Azərbaycan Universitetin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universitetinin tələbə elmi cəmiyyətlərinin sədrləri iştirak ediblər.

Görüşün açılışında Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə çıxış edərək qonaqları salamlayıb, tədbirin ali təhsil müəssisələri arsında elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi və bu kimi məsələlər barədə fikir mübadiləsinin aparıması məqsədilə təşkil olunduğunu qeyd edib.

Ardınca Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva elmi-tədqiqat və elmi fəaliyyətin inkişafında universitetlərarası əməkdaşlığın rolunu qeyd edib, bu cür təşəbbüslərin və bu istiqamətdə atılacaq birgə addımların əhəmiyyətini vurqulayıb.

Daha sonra tədbir iştirakçıları öz ideya və təkliflərini səsləndiriblər. Tələbələr arasında elmi müsabiqələrin təşkili, ortaq tələbə konfranslarının və işçi görüşlərin keçirilməsi kimi məsələlər müzakirə olunub.

Sonda Azərbaycan Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Biznes Universitetinin tələbə elmi cəmiyyətləri arasında tələbələrin elmi araşdırmalarını stimullaşdırmaq, birgə tədbirlər təşkil etmək və elmi biliklərin yayılmasında əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər