Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, vətəndaşların "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı sualları artıq "880" qaynar xətt əlaqə mərkəzi vasitəsilə deyil, birbaşa "887" qısa nömrəsi ilə cavablandırılacaq. Müvafiq məlumatı əldə etmək üçün "887" məhkəmə çağrı mərkəzinə zəng etdikdən sonra "114", daha sonra isə "2" əlaqə kodlarının yığılması kifayətdir.
Məlumat üçün bildiririk ki, "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı daxil olan sorğular əsasən "Elektron kabinet"in fəaliyyəti, həmçinin ərizə və sənədlərin statusu barədə məlumat verilməsi, ərizələrin hazırlanması, təqdim olunması və digər məsələlərdən ibarət olur.
Qeyd edək ki, "887" məhkəmə çağrı mərkəzi bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-dək canlı rejimdə fəaliyyət göstərir. Ölkənin istənilən regionundan stasionar telefonlarla "(012) 887" nömrəsinə, bütün mobil operatorlardan isə birbaşa "887" qısa nömrəsinə zəng etməklə, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə birbaşa əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Tehsil-press.az